ABŞ-nin Karnegi Mellon Universitetinin Robomexanika Laboratoriyasının tədqiqatçıları  mövcud analoqlardan əhəmiyyətli dərəcədə fərqlənən unikal dördayaqlı dırmaşan robot LORIS yaradıblar.

"Unikal" xəbər verir ki, bu barədə “New Atlas” məlumat yayıb. 

LORIS adlı robot dörd ayaqla təchiz olunub. O,  kərpic və ya daş divarlar kimi kobud səthlərə dırmaşmaq qabiliyyətinə malikdir.