Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

"Unikal" xəbər verir ki, o, bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır.

Gülayə Mecid