Papua-Yeni Qvineyada güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 670-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin miqrasiya agentliyinin ölkədəki missiyasının rəhbəri Serhan Aktoprak məlumat yayıb.
Ölənlərin sayı Yambali kəndi və Enqa vilayətinin rəsmilərinin cümə günü baş verən sürüşmə nəticəsində 150-dən çox evin altında qaldığına dair hesablamalara əsaslanıb.
Onlarıa insan itkin sayılır. Ərazidə xilasetmə işləri davam edir.