Ermənistanın baş naziri Nikol Paşinyan daşqın baş verən ərazilərə səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib.

“Paşinyan səhər saatlarında Daxili İşlər Nazirliyi və Ərazi İdarəetmə və İnfrastruktur nazirliklərinin hesabatlarını dinləyib və fəlakət zonasına yollanıb”, - o yazıb.