Ukrayna prezidenti Volodimir Zelenski Xarkovdan video yayımlayıb.

"Unikal" xəbər verir ku, videoda o, ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpinə müraciət edib. 

Zelenksi hər iki lideri İsveçrədə baş tutacaq Ukrayna ilə bağlı sammitə dəvət edib. 

"Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə müraciət edirəm: ABŞ lideri prezident Baydenə, Çin lideri Si Cinpinə.  Zərbələr arasında fasilə yox, sülhün – əsl sülhün gətirilməsi üçün liderliyinizi göstərin", - deyə Ukrayna prezidenti bildirib.