Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz üzvlüyünə qaytarmağı və 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olmağı planlaşdırır.

"Unikal" xəbər verirn ki, bu barədə baş nazir İrakli Kobaxidze "X" sosial şəbəkəsində yazıb.

“Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”, - deyə siyasətçi qeyd edib.