Daşqınlar Ermənistanın Lori və Tavuş vilayətlərində internet və telefon rabitəsinin kəsilməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Telekanalın məlumatına görə, nasazlıqlar fiber-optik kabel və mobil rabitə stansiyasının zədələnməsi səbəbindən baş verib.

Bundan əvvəl  Lori vilayətinin Alaverdi şəhərində daşqın nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, stansiyanın kompressorları su altında qalıb və bu da qısaqapanmaya səbəb olub.

Həmçinin Ermənistanın Lori rayonunda Debed çayı üzərindən keçən körpü daşqın nəticəsində uçub.