Cəlilabadda 3 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorbaçı kəndində ümumi sahəsi 108 kvadratmetr olan Güldərən Mansurovaya aid evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq birmərtəbəli 3 otaqlı ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.