Türkiyənin Mersin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Unikal “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlayıb.

XXX

21:49

Türkiyədə ağır yol qəzası olub, ölənlər var

“Unikal” türk mətbuatına istinadən xəbər verir ki, hadisə Mersin şəhərinin Tarsus rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu yük və minik avtomobillərinə çırpılıb. Qəza nəticəsində 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.