Avropa Ukraynada sülhə nail olmaq üçün Kiyevi tam dəstəkləməli və “istənilən ssenariyə” hazır olmalıdır.
“Unikal” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
O, Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşdən sonra müvafiq bəyanatla çıxış edib:
"Biz Ukraynaya sonadək müqavimət göstərməsinə kömək etməliyik. Onu silahlandırmalıyıq, öyrətməliyik və beynəlxalq hüquq çərçivəsində uzunmüddətli sülhün qurulması üçün istənilən ssenariyə hazır olmalıyıq", - Makron bildirib.
Bundan əvvəl Makron Fransanın yaxın günlərdə və həftələrdə Kiyevə bir sıra silah tədarükü edəcəyini bildirmişdi.