İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 284 nəfərə çatıb.

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların 273 nəfəri cərimə olunaraq azadlığa buraxılıb.

***15:15

Ermənistanda Nikol Paşinyanın siyasətinə qarşı etirazlar keçirilir. Arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə etirazçılar baş nazirin istefasını tələb edərək yolları bağlayıblar.  

"Unikal" xəbər verir ki, İrəvanda polisi etiraz aksiyasında saxlanılanların sayını açıqlayıb. 

Bildirilir ki, indiyədək 270-dən çox adam saxlanılıb.

***11:10

İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar arasında “Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.

***10:08

Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***08:45

Ermənistanda səhər saatlarından etibarən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki,  polisin xüsusi təyinatlı dəstələri olan "Qırmızı Beretilər" itaətsizlik aksiyasının iştirakçılarını saxlamağa başlayıblar.

Bildirilir ki, saxlanılanlar arasında KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var. 

Bununla yanaşı, aksiya iştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Gülayə Mecid