Xəbər verdiyimiz kimi, Ermənistanda itaətsizlik aksiyaları keçirilir.
"Unikal" xəbər verir ki, aksiyada vətəndaşlarla yanaşı, dövlət rəsmiləri də iştirak edir. Ermənistan polisinin xüsusi təyinatlı dəstələri olan "Qırmızı Beretilər"lə etirazçılar arasında qarşıdurma baş verib.
Belə ki, Milli Assambleyanın Ermənistan fraksiyasının deputatı Qarnik Danielyanla polis arasında mübahisə yaşanıb. Hadisə anbaan kameralara əks olunub. Polis deputata hədə-qorxu gələrək onu həbs edəcəyini bildirib.
Məlumata görə, hazırda İrəvanın Xancyan-Tiqran Mets küçələrinin kəsişməsində vəziyyət kritikdir.
Gülayə Mecid