Papua – Yeni Qvineyanın sahilində 5,2 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 40 min nəfər olan Arava kəndindən 89 km cənubda olub. Yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.