İsrail ordusuna məxsus təyyarə Qəzza zolağının cənubundakı Rəfahda HƏMAS-ın obyektinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilir ki, zərbə yanğına səbəb olub və ərazidə bir neçə mülki şəxs xəsarət alıb.
Hərbçilər zərbənin koordinatları dəqiq kəşfiyyat məlumatları əsasında əldə edilən qanuni hədəflərə və beynəlxalq hüquq normalarına uyğun olaraq dəqiq idarə olunan hərbi sursatlarla həyata keçirildiyini vurğulayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Rəfah bölgəsindən atılan səkkiz raketi qeydə alıb, bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib.
Gülayə Mecid