ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Texas qubernatoru Greg Abbott Valley View şəhərində verdiyi mətbuat konfransında bildirib.
***09:41
ABŞ-nin Oklahoma, Texas və Arkanzas ştatlarını vuran qasırğa nəticəsində 2-si uşaq olmaqla 11 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Texasın Kuk dairəsinin şefi Rey Sapinqton ştata təsir edən fırtına ilə bağlı açıqlama verib.
Bildirilib ki, fırtınada çox sayda insan yaralanıb, bir çox evə ziyan dəyib.
Zərifə Nağıyeva