Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Agde qəsəbəsi son günlər ictimaiyyət tərəfindən böyük maraqla izlənilən qalmaqalla silkələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş məxfi xidmət zabiti və polis məmuru olan mer Gilles d'Ettore və qəsəbənin məşhur falçısı Sofiya Martinez barələrində başlanan korrupsiya istintaqı çərçivəsində həbs edilib. Falçı meri aldatmaqda, mer isə dövlət resurslarını israf etdiyinə görə korrupsiyada ittiham olunur.
Məlumata görə, falçı Martinez ölülərlə danışa biləcəyini söyləməklə şöhrətlənib. Mer Gillses də mərhum atası ilə danışmaq üçün falçıya üz tutub. Belə ki, Martinezin seansları zamanı onun səsi qəfil dəyişir və merin atasının dilindən danışırmış.
İddialara görə, falçı son dörd il ərzində meri şəxsən və telefonla manipulyasiya edib. Mer d'Ettore Martinez və ailəsi üçün, o cümlədən Polineziya və Tailanda dəbdəbəli tətillər üçün dövlət vəsaiti hesabına ödəniş edib. Bununla yanaşı, mer falçı ailəsinin bir neçə üzvünü bələdiyyəyə işə götürüb və qadının evini təmir etdirib.
Hadisədən sonra merin vəkili Jean Marc Darrigade mətbuata açıqlama verib: "Bu, çılğın bir hekayədir, inanılmazdır, çünki bizim çox ağıllı merimiz var. Qadın kişini manipulyasiya edib. Onda psixi zəiflik tapıb və bundan şəxsi maraqları üçün istifadə edib".
Bəzi şəhər sakinlərinin fikrincə, d'Ettore falçıya aşiq olub.
Hazırda Martinez və falçı qadın həbsdədir.
Gülayə Mecid