ABŞ-nin "Fast food" şəbəkələrinə bombalı və silahlı hücumlar davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumundan sonra İraqın paytaxtı Bağdadda "Fast food" filiallarına bombalı və silahla hücum edilib.
Naməlum şəxslər tərəfindən əl qumbarasının atıldığı restoranda insan itkisi olmasa da, restorana maddi ziyan dəyib.
Bağdad Əməliyyat Komandanlığı hücumu törətməkdə şübhəli bilinərək saxlanılan 2 nəfərin həbs edildiyini bildirib.
Həmçinin, silahlı qrup bu gün səhər saatlarında paytaxtın Cadiriye rayonunda da eyni restoran şəbəkəsinin filialına hücum edib. Maskalı olduğu bildirilən qrup basqın etdikləri restoranda böyük dağıntılara səbəb olub.
Zərifə Nağıyeva