Səhər saatlarında Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki əməkdaşları tərəfindən piyada svetoforunun bərpası istiqamətində işlər görülür.