"Rusiya ordusu Ukraynaya qarşı müharibədə hər ay 24 min əsgər itirir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Almaniya kansleri qeyd edib ki, Kremlin rəhbəri Vladimir Putin başlatdığı işğalçılıq müharibəsində çoxlu sayda hərbçisini qurban verib və bu davam edir.
"Hər ay 24 min rus əsgərinin öldürüldüyünü və ya ağır yaralandığını söyləyən bir rəqəm var", - deyə Şolts vətəndaşlarla dialoq zamanı ifadə edib.
Onun sözlərinə görə, Putin “imperialist meqalomaniya naminə” müharibədə ordusunun itkilərini nəzərə almır.
Gülayə Mecid