"Talibanın terror təşkilatları siyahısından çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Taliban Əfqanıstanda real gücdür və Moskva buna biganə deyil.
Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstana tam nəzarəti ələ keçirəcəklərini açıqlayıb. Taliban ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar. 31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki iyirmi illik hərbi missiyasını başa vurub.