Qazaxın işğaldan azad olunmuş kəndlərinə mediatur təşkil olunub.

Unikal” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə işləri ilə tanış olublar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.