Goranboyda yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şahməmmədli kəndi ərazisində baş verib.

"Vaz 2106" və "Prius" markalı minik avtomobillərinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2000-ci il təvəllüdlü Şuşa sakini Rzayev Ayxan Rafiq oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov