Şabran rayonunda 15 yaşlı oğlan dördüncü mərtəbədən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin M.Hüseynzadə küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü T. Mədətli ehtiyatsızlıq ucbatından yaşayış binasının dördüncü mərtəbəsindən açıq pəncərədən yıxılıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xanlar Qaraca