Ucarda idarəetmədən çıxan maşın beton maneələrə çırpılaraq aşıb, yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Qaradağlı kəndi istiqamətində baş verib.

Qazax istiqamətində hərəkətdə olan "Hundai" markalı minik maşını idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. 

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Ağayev Əli Şahvələd oğlu və 1979-cu il təvəllüdlü Əhmədov Yusif Abdullah oğlu xəstəxanaya çatdırılıb.

Sonuncu yaralının durumu daha ciddi olduğundan paytaxt klinikalarından birinə köçürülməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov