Dünyanın ən məşhur 20 adamının siyahısı müəyyənləşib. Bu siyahıya pop mədəniyyətindən tutmuş idmana qədər bir çox məşhurlar daxildir. 

"Unikal" həmin məşhurları təqdim edir:

1.İlon Mask
İlon Mask “SpaceX” və “Tesla”nın qurucusu kimi siyahının əvvəlində yer alıb.

2.Bill Qeyts
Dünyanın ən zəngin insanlarından biri olan “Microsoft”un qurucusu Bill Qeyts siyahıda ikinci yerdə qərarlaşıb.

3.Rihanna
Müğənni və iş insanı olan Rihanna dünyanın ən məşhur insanlarının siyahısında üçüncü yerdə qərarlaşıb.

4.Ledi Qaqa
Amerikalı müğənni və bəstəkar olan Ledi Qaqa dördüncü yeri tutub.

5.Teylor Svift
Pop musiqiçisi olan Teylor Svift siyahıdan beşinci yerdə qərarlaşıb.

6.Beyons
Beyons öz musiqi karyerası ilə illərdir uğurlu müğənni hesab olunaraq siyahıda altıncı yeri tutub.

7.Tiqr Vuds
Tiqr Vuds idman sahəsində olan uğurları ilə məşhurlar siyahısında öz yerini tutub.

8.Robert Dovney
Amerikalı aktyor məşhurlar siyahısında səkkizinci yerdə qərarlaşıb.

9.Kim Kardaşyan
Sosial media fenomeni kimi Kardaşyan doqquzuncu yerdə qərarlaşıb.

10.Kayli Cenner
Sosial media fenomeni və iş insanı kimi Kayli siyahıda onuncu yerdə qərarlaşıb.

11.Mark Zükerberq
"Facebook"un qurucusu olan Mark Zükerberq dünyanın ən məşhur insanı kimi siyahıda on birinci yeri tutub.

12.Kristiano Ronaldo
İdman tarixinin ən böyük oyunçularından biri olan portuqaliyalı peşəkar futbolçu siyahıda on ikinci yerdə qərarlaşıb.

13.Lionel Messi
Argentinalı ulduz futbolçu siyahıda on üçüncü yeri tutub.

14.Dveyn Conson
Holluvudun məşhur aktyoru olan Conson bir sıra məşhur filmlərdə oynadığı rollarla şöhrət qazanıb.

15.Cenifer Lopez 
Musiqi, aktrisalıq və rəqs sahəsində olan uğurları ilə Lopez siyahıda on beşinci yerdə qərarlaşıb.

16.Vill Smits
Musiqi, kino və televiziya sahəsində uğurları ilə tanınan istedadlı sənətçi siyahıda on altıncı yeri tutub.

17.Adel
İngilis müğənni Adel musiqi sahəsində qazandığı uğurlarla siyahıda on yeddinci yerdə qərarlaşıb.

18.Harri Stayls
Müğənni siyahıda on səkkizinci yerdə qərarlaşıb.

19.Marqot Robbi
Avstraliyalı aktrisa və prodüser olan Marqot Robbi “Barbie” filmi ilə daha da şöhrət qazanmışdır.

20.Cankuk
Cənubi koreyalı müğənni, yazıçı və "BTS" üzvüdür.

Zərifə Nağıyeva