Cəlilabadda avtomobil elektrik dirəyinə çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt- Astara avtomobil avtomagistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

"Qazel" markalı avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində dirəyə çırpılan avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə aşıb. Avtomobilin sürücüsü Zakir Ağayev xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov