Bakı Dövlət Universitetinin (BDU) Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri Gülər Pənahova vəfat edib.  

"Unikal" xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Gülər Pənahova 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2019-cu ilə qədər BDU-da Tələbə şöbəsinin baş laborantı vəzifəsində çalışıb.

2019-cu ildən Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri işləyib.