Ucarda 16 yaşlı yeniyetmə sahibsiz itin hücumuna məruz qalıb.

"Unikal"ın məlumatına görə, hadisə Bərgüşad kəndində baş verib.

2008-ci il təvəllüdlü Səlimov Ağaverdi Haqverdi oğlu sahibsiz küçə itinin hücümuna məruz qalıb.

Sağ baldlr nahiyəsindən dişlək xəsarəti alan yeniyetmə ətrafdaklların müdaxiləsi ilə küçə itindən qurtulub.

Xəstəxanaya çatdlrılan yaralıya quduzluq əleyhinə vaksin vurulub və digər zəruri tibbi yardım göstərilib.

Ehtiram Muradov