İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsi Babayev Rüstəm Ağamurad oğlu vvəfat edib. 

"Unikal" xəbər verir ki, 54 yaşlı icra məmurunun halı qəfil pisləşib və o, xəstəxanaya çatdırılıb. 

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. R.Babayevin ürəktutmadan öldüyü bildirilir. 

Rüstəm Babayev 27 avqust 2001-ci ildən 30 may 2024- cü ildədək İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsi vəzifəsində çalışıb. 2-ci dərəcə dövlət qulluqçusu olub.