Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.
"Unikal" xəbər verir ki, 2000-ci il təvəllüdlü Orxan Quliyevi şəhərin Həsən Əliyev küçəsində ildırım vurub.
O, yaralı halda xəstəxanaya yerləşdirilib.
O.Quliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə O.Quliyev FHN-nin Gəncədə yerləşən bölmələrindən birinin əməkdaşıdır.
Tural Əhmədov