Zaqatalada yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında rayonun Yuxarı Tala kənd sakini, 1960 cl il təvvəldllü Aslanov Marif Hacımusa oğluna məxsus yaşayış evində baş verib.Yanğın yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 k/m olan evin 80 k/m sahəsi tamamilə yanıb, evin qalan hissəsi isə yanğından mühafizə olunub.

Yanğının səbəbi araşdırılır.

Seymur Əli