Tovuzda həyat yoldaşı ilə mübahisə edən kişi intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb. Rayonun Ağdam kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Musayev içkili halda həyat yoldaşını atasıgilə gərərək orada onunla mübahisə edib. Bundan sonra R.Musayev özünü asaraq intihar edib.

Rauf Musayev Tovuz döyüşlərinin qazisidir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov