Türkiyənin "Qalatasaray" klubu İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək istəyir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu növbəti mövsümdə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətini 33 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.

Qeyd edək ki, İ.Gündoğan 2023/2024 mövsümündə "Barselona" klubunun heyətində meydana çıxdığı 51 oyunda 5 qola, 14 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunu 16 milyon avro dəyərində qiymətləndirir.