"Barselona" braziliyalı yarımmüdafiəçi Rafinyanın transferini bu yay 100 milyon avroya satmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Transfermarkt onun transfer dəyərini 50 milyon avro qiymətləndirsə də, Səudiyyə Ərəbistanı klublarından biri 27 yaşlı futbolçu üçün bu qədər pul ödəməyə hazırdır.
Rafinya hələ ki, razılığını verməyib. O, daha bir neçə il Avropada oynamaq istəyir.
Futbolçu ötən mövsümdə 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib.
Ağarza Elçinoğlu