Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.

Axtarışlar davam etdirilir.

XXX

11:50

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.

"Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır", - D.Gül deyib.

Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.

Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.

XXX

11:42

İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Küçükçükmece rayonunda baş verib.

İstanbul Valiliyinin verdiyi açıqlamaya əsasən, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.

Hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib.