Evdə partlayış olub, iki nəfər xəsarət alıb .
"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Baş Göynük kəndində baş verib. Yaşayış evində baş verən partlayış zamanı iki nəfər 1946-cü il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı 2 -ci dərəcəli termiki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla baglı araşdırma aparılır.
Seymur Əli