Şəkidə yol qəzasında xəsarət alanların kimiliyi məlum olub.

"Unikal" xəbər verir ki, Aşağı Göynük kəndində "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində Salmanova Sənubər (1977-ci il təvəllüdlü), Salmanov Əfqan (1998-ci il), Salmanova Gülnar (2000-ci il), İsmayılov İsmayıl (1985-ci il) xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır

XXX

13:59

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
"Unikal" xəbər verir ki,, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanası yerləsdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli