Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə, tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd kondisioner və bitişik sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.