Astara rayonunda “QAZ – 66” markalı yük maşını 14 yaşlı velosipedçini vurub.

"Unikal" xəbər verir ki, hadisə Astara rayonunun Züngüləş kəndində baş verib. Hərəkətdə olan “QAZ – 66” markalı yük maşını velosipedlə hərəkətdə olan Ərçivan qəsəbə sakinini vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.