Göyçayda 25 yaşlı oğlanın əli kombaynın çarxına düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Üngütlü kəndi ərazisində baş verib.
Ehtiyatsızlıq nəticəsində 1999-cu il təvəllüdlü Kazımov Turan Sərdar oğlunun əli kombaynın çarxına düşərək ağır xəsarət alıb.
Yaralı əvvəlcə Ucar rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım aldıqdan sonra o, Göyçay rayon xəstəxanasına köçürülüb.
Ehtiram Muradov