ABŞ-nin keçmiş prezidenti Donald Tramp və keçmiş UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Nyuarkda (ABŞ) baş tutan UFC 302 turnirində rastlaşıblar.

"Unikal" xəbər verir ki, onlar arasında maraqlı dialoq baş tutub.

Belə ki, Həbib "Mən bilirəm, sən Fələstində müharibəni dayandıracaqsan" deyə Trampa müraciət edib.

Tramp isə cavabında "Biz bunu dayandıracağıq. Mən müharibəyə son qoyacam" deyib.