Şəmkir rayonunun Şiştəpə kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.