Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.