Balakəndə yaşayış evi tamamilə yanıb.
"Unikal" xəbər verir ki, yanğın rayonun Gərəkli kəndində, kənd sakini 1962-ci il təvəllüdlü Osmanov Məhəmməd Seyidəhməd oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 104 k/m olan yaşayış evi içərisindəki əşyalarlı ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
Seymur Əli