Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Sizi tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Qoy Azərbaycan xalqının tarixində yeni səhifənin açılmasının rəmzi olan bu böyük bayram ölkənin sakinlərinin qəlblərini onları Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasına ruhlandıran yüksək əhvali-ruhiyyə, daim möhkəm birlik və yaradıcılıq eşqi ilə doldursun!
Sizə və yaxınlarınıza, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün təşəbbüslərinizdə uğurlar və hər zaman ümummilli hədəflərə nail olmağınızı arzulayırıq.
Bu mühüm dövlət bayramının sevincini Azərbaycan xalqı ilə bölüşərək, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gələcəkdə də mehriban və məhsuldar əməkdaşlığa ümidimizi ifadə edirik.
Sizə, yaxınlarınıza və Azərbaycan Respublikasının sakinlərinə yüksək ehtiramımızı və xoş bayram arzularımızı çatdırırıq".
**** 14:39
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".