ABŞ-nin Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülənin öldüyü və yaxud malikanəsindən qaçırıldığı barədə iddialar ortaya çıxıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun fonunda FETÖ liderinin qardaşı oğlu Ebuseleme Güləndən açıqlama gəlib. 

Onun sözlərinə görə, Fətullah Gülən sağdır:

"Ölməyib, amma həqiqətən xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var".

Gülayə Mecid