Sabunçu rayonu, Aeroport şosesi, "Sabunçu" körpüsünün yaxınlığında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, qəza səbəbindən həm Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də mərkəz istiqamətlərində sıxlıq yaranıb.