Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib i, yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

*** 16:58

Masazırda ev yanır.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.