Biləsuvar rayonunda vəzifəli şəxs qəfil dünyasını dəyişib. 

 "Unikal"ın məlumatına görə  Məhərrəmov Mülayim Ərzuman oğlu vəfat edib.

O, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Amankənd kəndi üzrə icra nümayəndəsinin müavini, həmçinin, YAP Biləsuvar rayon təşkilatı Amankənd kənd ərazi partiya təşkilatının sədr müavini olub.

Məlumata görə, Mülayim Məhərrəmov ürəktutmasından vəfat edib. 

Qeyd edək ki,  Məhərrəmov Mülayim Ərzuman oğlu 1960-cı ildə Biləsuvar rayonunda anadan olub.

Ehtiram Muradov