Hindistan sakini burnu ilə klaviaturada yazma sürəti üzrə dünya rekordu vurub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, rekordun müəllifinin adı Vinod Kumar Çaudharidir.
Onun 44 yaşı var. Çaudhari burnu ilə bütün ingilis əlifbasını kompüter klaviaturasında 25 saniyəyə yığaraq əvvəlki nəticəsini az qala bir saniyə yaxşılaşdırıb.
"Mənim peşəm daim kompüterdə yazmağımla bağlıdır, ona görə də belə bir rekord vurmağı düşündüm", - deyə hindli bildirib.
Vinod məşqlərini davam etdirəcəyini və nəticələrini yaxşılaşdırmağa çalışacağını əlavə edib.